“Ustad” dərgisinin 17-ci sayı işıq üzü görüb

45 Baxış

28535896_797871770407454_1754948614_n

 

“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın mart ayı buraxılışı işıq üzü görüb. Sayca 17-ci buraxılışı olan dərgi bu dəfə də ənənəvi konsepsiyasına uyğun yazılarla oxucuların görüşünə gəlib. Ədəbiyyat məsələlərinə həsr olunan yazılardan əlavə, dərgidə kino haqqında araşdırma məqalələr də yer alıb, bunlardan Nuranə Abbasovanın, Nizami Hüseynovun, Nedim Hazarın yazılarını xüsusi qeyd etmək olar. Aziz Kamal Hızıroğlunun A.Eynşteyn haqqında, Elçin İbrahimovun İ.Qaspıralı barədə, Xəyalə Muradın A.N.Ostrovskinin yaradıcılığı haqqında məqalələri, Rünesko Akutaqavanın “Vaqon”, Tazer Özlünün “Qar”, Viktor Pelevinin “Assasin” (davamı) hekayələri, Munster Yelena Georgevnanın Herman Hesse yaradıcılığında psixoanalizin təsirləri barəsində fikirləri, Qəndab Şirinova, Nargis, Tural Cəfərli, Taleh Eminoğludan maraqlı esselər, Salidə Şərifovanın İlqar Fəhminin “Eftanaziya” romanı üzərindən kino-roman anlayışına toxunduğu ətraflı təhlil yazısı, Xanəmir Telmanoğlunun lətifə tariximizə baxış üzərində qurulan araşdırma məqaləsi, Zərəngiz Dəmirçi Qayalı və Ülvi Bahadırdan şeirlərə dərginin yeni sayından oxuya bilərsiniz.

“Ustad”ın budəfəki müsahibi rejissor Rza Rzayevdir.

“Ustad” dərgisinin 17-ci sayını kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10