“Ustad” dərgisinin 25-ci sayı çap olundu

31 Baxış

ustad paylsim_Sayfa_21

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 25-ci sayı işıq üzü görüb. Redaksiya heyətindən senet.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

 

Dərgi baş redaktor Şəmil Sadiqin “Sən türk kişisisən” adlı məqaləsi ilə başlayır. Ədəbi mətn müəlliflərindən Müşfiq XAN (“Meybaz” hekayəsi), Səbuhi Şahmursoy (“Dördüncü qayda” hekayəsi), Əbdurrəhman əş-Şərkavi (“Yayda ovlanan göyərçinlər” hekayəsi, tərc: Xəyalə Murad), Xanım Anela (“Yadlıq” hekayəsi, “Bərbad yaradıcılar: Səbəbsiz yazmağa çalışan aktyorlar” xronikası), Cek London (“Həyatın qanunu” hekayəsi, tərc: Ülvi Həsənli) və Rövşən Danyeri (“Təxəyyül” pyesi), araşdırma məqalə və esse müəlliflərindən Amaliya Ömərova (“150 illiyin qutlu olsun, müəllim” essesi), Xəyalə Murad (““Vinni-Pux”un əsirləri və ya Kristofer Robinin memuarı” aradırması), Nicat Həşimzadə (“Tale hökmünün qaçılmazlığı” essesi), Aybəniz Həsənova (“Modiano qadınlar barədə necə roman yazıb?” resenziyası), Ülviyyə Tahir (“Ədəbiyyatda zamansızlıq” essesi)kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir. Oxucu rəyləri Cavid Manaflı (“Şeyxzamanlının “Difai”si) və Tahirə Bədəlovadandır (“Qələm əhli vətəndaş olanda sevilər). Bundan əlavə, kino və sənət haqqında yazılar – Nuranə Abbasovadan “Qarabağ Müharibəsi haqqında çəkilmiş 10 ən uğurlu film” xronikası, Ceylan Mumoğludan “Qadının üç yaş dövrü” essesi dərgidə yer alıb.

 

Poeziya bölməsində Xanəmir Telmanoğlunun eksperimental nümunələrdən ibarət silsilə şeirləri çap olunub.

 

“Ən səmərəli addım Xocalının işğaldan azad olunmasıdır adlı sorğunu isə Cavid Qədir hazırlayıb. Sorğuda musiqiçi, naşir, publisist Rasim Müzəffərli, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu iştirak edib.

 

Dərginin budəfəki üz qabığında bu yaxınlarda Rotterdam Kino Festivalının əsas mükafatını qazanan Azərbaycan filmi “Mövsümün sonu”nun posterindən istifadə olunub.

 

“Ustad” dərgisinin 25-ci sayını kitabevim.az mağazalar şəbəkəsindən əldə edə və ya “Hədəf” nəşrləri ilə əlaqə saxlayaraq abunə yazıla bilərsiniz.