“Ustad” dərgisinin nöbvəti sayı işıq üzü görüb

17 Baxış

27144943_780241092170522_283463174_o

“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 16-cı sayı işıq üzü görüb. Nəşriyyatdan verilən məlumata görə, bu sayda yenə ədəbiyyat və müxtəlif sənət növləri haqqında yazılar yer alıb.

Dərginin məsul redaktoru Səbuhi Şahmursoy bildirib ki, 16-cı sayın ədəbi yükü həmişəki kimi daha qabarıqdır.

“Bu dəfə oxucuların qarşısına rusiyalı ədəbi-tənqidçi Yekaterina Dimitrevadan, yazıçı Dino Bussati, Alfred Hiçkok və Viktor Pelevindən, araşdırmaçı Onur Behramoğludan maraqlı tərcümə məqalə və hekayələr, yerli müəlliflər Nuranə Abbasova, Xəyalə Murad, Dilqəm Əhməd, Taleh Eminoğlu, Aybəniz Həsənova, Xanəmir Telmanoğlu və Şəfa Vəlidən ədəbiyyat haqqında yazılar, Müşfiq XAN, Şahanə Müşfiq, Ülviyyə Mustafayeva, Aynur Əhmədli və İntiqam Yaşardan hekayə və şeirlər, kino və teatr haqqında yazılar, usta memar Ramiz Hüseynovdan müsahibə və s.-lə çıxmışıq. Müəlliflərdən göründüyü kimi, dərginin bu sayı da rəngarənglik və maraq dairəsinin genişliyində əvvəlki saylardan geri qalmır. “

Qeyd edək ki, “Ustad”ın 16-cı sayını oxucular yanvarın 24-dən etibarən kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərlər.

KÖŞƏ YAZARLARI
TOP 10