“Ustad” dərgisnin 15-ci sayı işıq üzü görüb

30 Baxış

24740299_758823977645567_704690431_o

“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 15-ci sayı işıq üzü görüb.

“Hədəf” nəşrlərindən verilən məlumata görə, dərginin bu sayında bir-birindən maraqlı məqalə və hekayələr yer alıb. “Ustad”ın məsul redaktoru Səbuhi Şahmursoy deyir ki, dərginin bu sayı əvvəlki buraxılışlarından  keyfiyyətə görə heç də geri qalmır. “Dərgidə yerli yazarlardan hekayələr, ədəbi tənqid və araşdırma məqalələrlə yanaşı, tərcümə hekayələr, film və tarixi məkanlar haqqında araşdırmalar, şeirlər və maraqlı məlumat dolu yazılar var. Keçən saylarda olduğu kimi, dərgimizdə potensialı olan gənc imzalara da yer vermişik. Onların ustadlığa gedən yolunu izləmək bizim kimi oxuculara da maraqlı olar. Tərcümələrə gəldikdəsə, dərginin 15-ci sayını Aslı Ərdoğan, Altay Ötkəm, tarixi araşdırmalar ustası Murad Adcı və məşhur amerikalı fantast yazar Robert Haynlayndan əsərlər bəzəyir. Getdikcə daha müasir dərgiyə çevrilən “Ustad” dərgisinin oxucu arealı artıq çox genişdir. Sevinirik ki, “Ustad”ı müxtəlif yaş dövrünü əhatə edən bir dərgiyə çevirə bilmişik”.

Qeyd edək ki, dərgini müxtəlif kitab dükanlarından əldə edə bilərsiniz.

KÖŞƏ YAZARLARI
TOP 10