“Ustad” jurnalı – 1 yaş

31 Baxış

17887181_663999257120232_1146200115_o

Ustad jurnalının 10-cu sayı işıq üzü görüb. Jurnalın bu sayı maraqlı yazıları ilə oxuculara təqdim olunur.

Jurnalın bu sayı baş redaktor Şəmil Sadiqin “Qorqud atanın pıçıltısı və geridə qalan BİR İL” yazısı ilə başlanır. Yazını professor Asif Rüstəmlinin “Kəşkül”dən “Ustad”adək məqaləsi izləyir.

Daha sonra Səma Fuadqızının “1 yaşlı “Ustad”, 6 sual, 7 baxış bucağı (sorğu)…” adlı sorğu yazısı ilə “Ustad” jurnalının 1 illik fəaliyyəti  tanınmış yazarların cavabları əsasında oxuculara təqdim olunur.

“Mehmed Said Ordubadi, Nevruz Kimden Kalmıştır?” yazısı ilə Nazim Muradovun yazısı, Niyazi Mehdinin “Yuvarlayıcı deyimlər”, Muşfiq XANın “Türixdən azadlığa qanadlanan ilk türkəm” yazıları da Ustad jurnalının 10-cu sayında oxuculara təqdim olunur.

Bundan başqa digər rubrikalarda: Mənzər Niyarlının “Vidadi Babanlı haqqında yazır: vicdanını susdurmayan”, Məti Osmanoğlu “Keçən günlərin dastanı” və ya bu da sənə tərcümeyi-hal”, Muşfiq XAN “O “Ruhani”dən sonra İsa Muğannanın ruhu qarşısında sazdan üzr istədim”, Təvəkkül Vəliyev  “Əbədi göy səmasız”, Dilqəm Əhmədin “Tariximizdə rolu olan şəxsiyyətlərin son mənzili Feriköyde Bir Məzar”, Rövşən Danyerinin “O, Henri. Yuxu, yoxsa reallıq? (tərcümə)”, Cəlil Cavanşirin “Mircəfər Bağırovun şəxsən güllələdiyi və… qarşısında hönkür-hönkür ağladığı pianinoçu”, Xatirə Fərəclinin “Ürək şəkli çəkən qız”, Azad Qaradərəlinin “Ay İşığı, Qağıdalı Tarlası (tərcümə)”, Rövşən Danyerinin “Rolan Bart”, Pərvanə Məmmədlinin “Seyid Cəfər Pişəvəri haqda bilmədiklərimiz”, Səma Fuadqızının “Siçanın Metemorfozu”, Tural Cəfərlinin “Tanrının imzası”, Kənan Hacının “Türkənməz xəzinə-xatirə ədəbiyyatı”, “Şəfa Vəlinin “Hekayə haqqında hekayə”, Almaz Ülvinin “Əlişir Nəvainin Bakıdakı Əlyazma Nüsxələri “Məclisün-Nəfais” əsərləri”, Asifə Əfəndinin “Fridrix Nitsşe Nitsşenin məhəbbətləri? Boya götürməyən kətanlar (tərcümə)”, Nrəgiz Cabbarlının “Bir il də belə getdi” adlı maraqlı araşdırma yazıları da var.

KÖŞƏ YAZARLARI
TOP 10