“Ustad” jurnalının 12-ci sayı işıq üzü görüb

40 Baxış

19025316_691121947741296_1160647538407685216_o

 

“Ustad” jurnalının 12-ci sayı işıq üzü görüb.

Jurnalın bu sayı İsa Muğanna irsnin tədqiqatçısı, yazıçı Şəmil Sadiqin “İsanın iki yazıçısı – Hüseynov və Muğanna” yazısı ilə başlayır.

Jurnalın bu sayı bir-birindən maraqlı tərcümə yazıları ilə zəngindir. Asifə Əfəndi ilə başlayan “Halim Şafak – Dahilər və eşqləri” tərcümə yazıları Səbuhi Şahmursoyun “Danışa bilərəm. Marina Arsenevna Tarkovskaya”,  Təvəkkül Vəliyevin “Göylərə ayaq basanlar – Murad Acı” Rövşən Danyerinin “Birdən qapı döyüldü – Etqar Keret”, Ülviyyə Heydərovanın Mənim oğru balam (olmuş əhvalat)”, Günel Eyvazlının “Ədəbiyyatın yüz nəhəng qəhrəmanı” Karmen  tərcüməsi ilə tamamlanır.

Daha sonra, Ülviyyə Heydərovanın “IV İslam Həmrəyliyi Oyunlarının Bakıdakı açılış mərasimindən reportaj”, Cəlil Cavanşirin “Misirə “Məhfuz pəncərəsi”ndən baxmaq”, Asif Rüstəmlinin “Poetik düşüncəli mütəfəkkir”, Sərdar Aminin “Sənət silaha çevriləndə – İran kinosu”, həmçinin jurnalın bu sayında, Səma Fuadqızının tədimatında “Memar Eldar Orucov: “Rəssam bu gün üçün çəkmir. O bu günü gələcəyə ötürür” müsahibəsi, Salidə Şərifovanın “Azərbaycan postmodern poeziyası”, Aytəkin Mirişovanın “İndividualizm Brendi – Ay VeyVey və ya Sadəcə Gözəl İnsan”, Vaqif Əzizovun “Gözəl, Çirkin və Kitsch”, Ülviyyə Heydərovanın “Mustafa Mehmandarov: Dirijor yaradıcı insan deyi”, Cavid Qədirin “Zorən yazıçı”  yazıları “Ustad”ın bu sayında oxuculara təqdim olunur.

Bundan başqa, görkəmli dedektiv yazar Müşfiq XANın “Gecikmiş Rekviyem”, Elxan Yurdoğlunun “Turan birliyi üçün yola çıxan Odərlərin hekayəsi”,  Vaqif Qurbanovun “Uşaq şairinin gənclik şeirinin həsrət romantikasi və dili” yazılarını “Ustad”ın 12-ci sayında oxuya bilərsiniz.

Qeyd edək ki, “Ustad” dərgisijni jurnalın abunə kampaniyasına qoşulmaqla həmçinin kitabevim.az mağazalar şəbəkəsindən və şəhərin kitab mağazalarından əldə etmək mümkündür.

KÖŞƏ YAZARLARI
TOP 10