“Ustad” jurnalının 2017-ci ildə ilk sayı işıq üzü görüb

32 Baxış

79264_u0vp8c1hep

Jurnalın bu sayı Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir” yazısı ilə açılır. Yazını professor Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi” məqaləsi izləyir.

Niyazi Mehdi “Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya” yazısında magiya və ovsundan bəhs edir.

Maral Baharın Füzulinin şeirlərinə xüsusi yozum verən “Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət” yazısı da jurnalın bu sayında yer alıb.

Məti Osmanoğlu “37-ci il xatirəsi”ndə bir sözü ilə əvvəl Kommunist Partiyasından, sonra işdən çıxarılan Abbas Zamanovdan danışır.

Nazim Muradov “Bu il qaranquşlar Yəmənə uçmaz” yazısında şair Ramiz Qusarçaylının yaradıcılığından söz açıb.

Təranə Vahidin “Çərçivə”, Vaqif İsaqoğlunun “Armud ağacı” hekayələri, Müşfiq Xanın “Yoxolma” povestindən bir hissə də bu sayda yer alıb.

Jurnalda Vəfa Mürsəlqızı və Faiq Balabəylinin şeirləri dərc olunub.

“110 illik iki ömrün nağılı – Səməd Vurğun və Süleyman Rüstəm” haqqında Almaz Ülvi yazıb.

Nərgiz Cabbarlı Marsel Prustun “Svana doğru” romanından bir hissəni çevirib.

Qorxulara qarşı insan cəsarəti ideyasını özündə daşıyan “Yıxılmaqdan qorxan adam” qısametrajlı filmindən Səma Fuadqızı bəhs edib.

Soltan Soltanlının “İki sevda çəkənlərin cəzası var” yazısında musiqişünas Zemfira Qafarovanın keşməkeşli həyat yolu əks olunub.

Ülviyyə Kərəmqızı “Mifologiyada və şifahi xalq ədəbiyyatında qızıl almanın “sirri”ni açıqlayıb.

“Qəddar millətçi”nin “ifşası” – Tağı Şahbazinin güllələnməsi” yazısında Cəlil Cavanşir unudulmaz yazıçının repressiya illərində yaşadıqlarından yazıb.

İran yazıçısı Cəlal Xosrovşahinin “Füruğun hekayəti”ni türkcədən Rövşən Danyeri tərcümə edib.

Pərvanə Məmmədli “Çəkdiyi tablolarla vətənə baxan rəssam” Əşrəf Heybətovdan söz açır.

“Ustad”ın bu sayında Məti Osmanoğlunun “Sözün səmimiyyəti” ədəbi polemikası, Dilqəm Əhmədin “1933-cü il”,  Hüseyn Şahbəndəyevin “Bir daha Aşıq Ələsgərin savadsız olduğu iddiası haqqında” araşdırma yazıları da var.

KÖŞƏ YAZARLARI
TOP 10