“Ustad” jurnalının 2017-ci il dördüncü sayı işıq üzü görüb

66 Baxış

ustad_uz qabigi-may

“Ustad” jurnalının 2017-ci il üçün 4-cü sayı çap olunub. Senet.az jurnalın bu sayındakı yazılar haqqında məlumatı oxucularına təqdim edir.

Jurnalın bu sayı Şəmil Sadiqin “Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi?” yazısı ilə açılır. Yazını Dilqəm Əhmədin “Mühacirlər 28 Mayı  necə qeyd  ediblər?” məqaləsi izləyir. Daha sonra, Ülviyyə Heydərovanın Tərlan Qorçu: “Marionet tamaşaları cadudur” müsahibəsi ilə davam edir.

Jurnalın bu sayında Aydın Dadaşovun “Nuri Bilgə Ceylan – psixoloji drama doğru”, Nüşabə Babayeva-Vəkilovanın “Parisə gedirəm” yazıları və həmçinin Ülviyyə Heydərovanın Bəhram Bağırzadə “Artıq 20 ildir ki, özümü şəhərimin meri hiss edirəm” və Azər Rzazadə ilə “Opera müqəddəs musiqidir”adlı maraqlı müsahibələrini də jurnalın bu sayında öz əksini tapmışdır.

“Ustad” jurnalının dördüncü sayında həmçinin tərcümə rubrikasından Səbuhi Şahmursoyun “Rolan Bart – Tənqid və həqiqət”, “Emir Kustiriça – “Durnalar uçur” ən yaxşı 3D filmi” və  Asifə Əfəndinin “Çiydem Sezer -Dahilər və eşqləri” kimi tərcümə yazılarını, Səma Fuadqızının “Barmaqları iflic olan bəstəkar”, Aytəkin Mirişin “Qustav Kaybott” maraqlı araşdırma yazıları izləyir.

Daha sonra, Dimes Hak Alerlinin “Sevilən, nifrət edilən, lakin heç cür idrak edilməyən Qızılbaş Şahı”, Aysel Fikrətin “Yoxluğuna məktub”, Aybəyin “Fənərli Baba”, Mövlud Mövludun “Talış”, Müşfiq XANın “Son arzu”, Günel Natiqin “Bircə”, Pərviz Seyidlinin “Saat (Çıqqıltı)”, Kərim Abbasovun obyektivindən “Bakının həndəsi küçələri” kimi bir-birindən maraqlı və fərqli yazılar “Ustad” jurnalının 4-cü sayında öz əksini tapmışdır.

Jurnalda həmçinin bu il aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında Gəlin birgə oxuyaq! şüarı altında təşkil olunan Oxu günü”nə həsr olunmuş Ülviyyə Heydərovanın “Kitabınız Nuş Olsun (Oxu Günü)” adlı foto müsahibələrlə dolu yazısı öz əksini tapmışdır.

KÖŞƏ YAZARLARI
TOP 10