“Ustad”ın on altıncı nömrəsində…

11 Baxış

15169730095761790_1000x669

“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət jurnalı “Ustad”ın 16-cı nömrəsi işıq üzü görüb.

Jurnalın məsul redaktoru Səbuhi Şahmursoy Senet.az-a bildirib ki, bu nömrədə yenə ədəbiyyat və müxtəlif sənət növləri haqqında yazılar yer alıb.

Jurnalda rusiyalı ədəbi-tənqidçi Yekaterina Dimitrevadan, yazıçı Dino Bussati, Alfred Hiçkok və Viktor Pelevindən, araşdırmaçı Onur Behramoğludan maraqlı tərcümə məqalə və hekayələr, yerli müəlliflər Nuranə Abbasova, Xəyalə Murad və digər gənclərin yazıları yer alıb.

Müşfiq XAN, Şahanə Müşfiq, Ülviyyə Mustafayeva, Aynur Əhmədli, İntiqam Yaşarın hekayə və şeirləri, kino və teatr haqqında yazılar və usta memar Ramiz Hüseynovdan müsahibə nəşri daha da oxunaqlı edib.

“Ustad”ın yeni nüsxəsini oxucular kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərlə

KÖŞƏ YAZARLARI
TOP 10