“Ustadlara Sayğı Gecəsi”

20 Baxış

1480337897_000

Bakı Yunus Emre İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəkləri ilə dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara Sayğı Gecəsi” adlı konsert proqramı həyata keçiriləcək.

Əsrlərdən bəri həqiqi mənada ürək tellərimizi sızladan, ruhumuzu oxşayan saz və ifa sahibi türk xalq ozanlarının və Azərbaycanın milli musiqisi olan muğamın ən böyük nümayəndələrinin miras qoyduğu əsərlər Azərbaycanın paytaxtı Bakıda türkiyəli solist Armağan Elçinin və azərbaycanlı solist Elnarə Abdullayevanın ifalarında səsləndiriləcək.

Bölmə : Musiqi, Sənət