Uyğur türklərinin musiqi alətləri – TURANDAKILAR

50 Baxış

uygurlar

Uyğur türklərinin tarixi proses içərisində istifadə etdiyi  çalğı alətlərinin  sayı yetmişdən çoxdur. Ancaq indiki vaxtda istifadə etdiyi çalğı alətinin  sayı azalmışdır və təxmini qırx civarındadır. Məsələn ud, keçmişdə Uyğurlar tərəfindən istifadə edilərkən, indiki vaxtda istifadə edilməyən bir musiqi alətinə çevrilmişdir. Uyğur Türklərindən Çin mədəniyyətinə keçən və indiki vaxtda Çinlilər tərəfindən məşhur olaraq istifadə edilən başlıca musiqi alətləri və xüsusiyyətləri belədir:

 1. Ney: Köhnə dövrlərdə heyvanların sümüyündən düzəldilən iki-üç dəlikli və dik tutularaq çalınan üfləməli bir çalğı alətidir. Hunlar dövründə də xüsusilə çobanlar tərəfindən istifadə edildiyi bilinməkdədir. Sonrakı dövrlərdə qamışdan düzəldilməyə başlanmış və dəlik sayı da səkkizə çıxarılmışdır. Neyin uzunluqları fərqli olmaqla birlikdə, sümükdən edilənlər 20 sm., Qamışdan edilənlər 40-50 sm. uzunluğundadır. Hal-hazırda Şinciang Muzeyində 542-581 illərinə aid olduğu bilinən sümükdən hazırlanmış üç dəlikli bir ney var. Çin qaynaqlarında neyin Fars və Ərəblərdən keçdiyi ifadə edilsə də, Uyğur Türklərindən keçmiş olması daha doğru hesab edilə bilər. Çinlilər neyə “di” deyirlər.

 

2. Surnay: Köhnə dövrlərdə böyük baş heyvanların buynuzundan hazrılanan, sonrakı dövrlərdə isə ərik ağacı və misdən düzlədilən üfləməli bir çalğı alətidir. Surnay uzunluğu 43. sm. olub, üst qisimində yeddi dəlik, altında da bir dəlik var. Keçmişdə daha çox döyüşlərdə istifadə edilən bir musiqi alətidir. Surnay, indiki vaxtda Uyğur türklərinin hər cür bayram, toy və şənliklərində istifadə edilməkdədir. Surnay, Çin mədəniyyətinə çox köhnə dövrlərdə keçmişdir və Çinlilər böyük mərasimlərində davul və surnayı istifadə. Surnay, Çincəyə “suona” və “su ər nai” şəklində keçmişdir.

 

3. Burgan: Ən qədim üfləməli alətlərdən biridir. Köhnə dövrlərdə böyük baş heyvan və keçi buynuzundan hazırlanan Burgan, daha sonra misdən hazrılanmağa başlanmış və daha çox döyüşlərdə istifadə edilmişdir. Burgan, 20-30. sm. uzunluğundadır və barmaq dəliyi yoxdur. “Nağmename” nin cildində “Mis Burgan, İdikutların çalğısının.” Şəklində məlumat yer almaqdadır. Çincəyə “jiao” şəklində keçmişdir.

 

4. Baliman: Düz tutularaq çalınan üfləməli bir musiqi alətidir. Ney növündə səkkiz dəliklidir. Daha çox Hoten bölgəsində istifadə edilməkdədir. Han sülaləsi dövründən etibarən Çinlilərin də istifadə etməyə  başladığı baliman, Çincəyə “bili və pipi” adıyla keçmişdir.

 

5. Berbab: Berbab, Uyğurların ilk əvvəl Kuçada icad etdikləri ən köhnə Mızraplı musiqi çalğı alətlərindən  biridir. İslamiyyətin qəbulundan əvvəl də Uyğurlar arasında məşhur bir istifadəyə malikdir. Tanq sülaləsindən əvvəlki dövrlərdə Kaşğarlı berbab ustası “Pilol” tərəfindən dəyişiklik edilməsiylə, əsrlərdir yan tutularaq ifa olunarkən, onun dövründən sonra dik tutularaq çalınmağa başlanmış; mizrab ilə ifa olunarkən şelpə üsulu ilə çalınmağa başlamış bir musiqi alətidir. Berbab, tut və çinar ağacından hazırlanır və 70-80 sm. uzunluğundadır. Şərq Türkistanda istifadə edilən  berbablar, daha çox dörd telli və əyri saplıdır. Berbab Çincəyə “pipa” adıyla keçmişdir.

 

6. Ravab: Ravab, köhnədən dörd telli olaraq istifadə edilən Mızraplı alətlərindən  biridir. Uyğur çalğı alətləri  içində, ən geniş istifadəyə sahib olan Rabab, indiki vaxtda 6-7 telli olaraq çalınan 90. sm uzunluğunda bir musiqi alətidir. Uyğur ravabının “Kaşğar ravabı”, “Dolan ravabı”, “dune ravabı”, “Çaplima ravab”, “Bas ravab” və çox köhnədən bəri istifadə “Koyçi ravabı” kimi növləri vardır. Dolan ravabı, 15-19 teldən ibarətdir və pərdəsizdir. Dune ravabı, yarısı pərdəli yarısı pərdesizdir və pərdə olan qisimdə 14 pərdə vardır. Ümumilikdə  13 tel istifadə olunur. Koyçi ravabı, Hoten ətrafında yayılmışdır və daha çox çobanlar tərəfindən istifadə edilir. Ravab, Çincəyə “yüenşien” adıyla keçmişdir.

 

7. dune ğirceki: Daha çox tut və qavaq ağacından hazırlanan simli bir çalgıdır. Dune ğirceğinin bir qismi (gəmisi) silindir şəklindədir və oyulan qisim ilan və keçi dərisi ilə örtülür. İki telli olan bu musiqi alətinə Çinlilər “ər hu” deməkdədir.

 

Nəticə olaraq Uyğur Türk musiqisi və çalgıları ilə əlaqədar olaraq bunları söyləmək mümkündür:

 

Musiqi, Uyğur Türklərinin gündəlik həyatında, hər cür əyləncə və mərasimlərində əhəmiyyətli bir yer tutmaqdadır. Bu vəziyyət Uyğur Türkləri arasında musiqi və musiqi alətləri ətrafında şifahi və yazılı çox müxtəlif anlatmaların da ortaya çıxmasını təmin etmişdir. Istifadə edilən çalğı alətinin sayı baxımından olduqca zəngin olan Uyğur Türkləri, xalq musiqisinin icrasında bütün çalğıları müasir orkestrlər kimi bir nizam və ahəng içində istifadə bacarmış və bu mədəniyyəti digər millətlərə də daşımışdır. Çinlilər, 5. əsrdən əvvəlki dövrlərdə Uyğur musiqi və çalğı mədəniyyətindən təsirlənməyə başlamış və bunun nəticəsində indiki vaxtda Çinlilər tərəfindən istifadə edilən alətlərin   bir qismi Türk mədəniyyətindən keçmişdir. Uyğur Türkləri musiqi və alətləri cəhətdən yalnız Çini təsidə buraxmayıb, tarixi ipək yolu vasitəsilə Hindistan, Roma, Anadolu, İran və Ərəb torpaqlarını da təsir etmişdir. Bu vəziyyət, Türk mədəniyyətinin musiqi və musiqi alətləri cəhətdən öz sərhədlərini aşaraq universal bir mövqe qazanması şəklində qiymətləndirilməlidir. Buna bağlı olaraq Türk musiqi mədəniyyətini günümüzdəki qlobal dəyişmələrə paralel bir şəkildə ələ almaq lazımdır. Türk dünyasının müxtəlif bölgələrindəki mədəni faktları müəyyən etmək, yenidən istehsal yolu ilə yaymaq, milli və ümumbəşəri bir dəyər halına gətirmək elmi hədəf olmanın yanında milli siyasətlərlə da dəstək tapmalıdır. Çünki bu böyük sərvətdir, yetər ki fərqinə varalım.

 

Mustafa ARSLAN

Adəm Əgər

Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Elbrus Orucov….

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10