“XAN” nəşriyyatında Kənan Hacının “Uzaqdasan soyuqdur” adlı şeirlər kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə yazdığı şeirlər toplanıb.
Qeyd edək ki, “Uzaqdasan soyuqdur” kitabı müəllifin sayca 8-ci, şeirlərdən ibarət 2-ci kitabıdır.
Bundan əvvəl 2009-cu ildə onun “Özündən qaçmaq olmur” adlı şeirlər toplusu çap olunub.