Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

41 Baxış

uzeyiir

Dahi bəstəkar Üzeyir Hacıbəylinin dövlət səviyyəsində qeyd olunacaq 130 illik yubiley tədbirləri çərçivəsində sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçiriləcək.

Senet.az xəbər verir ki, tədbirdə dahi sənətkarın yaradıcılığı və musiqi nəzəriyyəsinin elmi çalarları çərçivəsində məruzələr dinləniləcək. Bundan əlavə Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəylinin yubileyi ərəfəsində bir sıra tədbirlərin keçirilməsinə təşkilatçılıq edəcək. Bu məqsədlə sentyabrın 25-də dahi sənətkarın xatirəsinə həsr olunmuş musiqi əsərlərindən ibarət kamera konserti təşkil olunacaq.

Konsertdə gənc musiqiçilər çıxış edəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10