…və sonra

74 Baxış

ruzbeehRuzbeh Məmməd

 

əgər darıxsan

 

birdən insafsızca darıxsan əgər

tutub qucaqlarsan evdə pişiyi

durub güzgülənərsən pəncərələrdə

dönüb yığışdırarsan evi-eşiyi

çətin ki fikrini tək saxlayarsan

hardasa saat üç…girib yerinə

bir ovuc əlini sığallayarsan

hoparsan yastığa yatana kimi

daş kimi düşərsən ağrı üstünə

gördün üşüyürsən,saçına kimi

özünü çəkərsən bağrın üstünə

bir qərib ağrıyar hər gecə solun

qımıcıb əllərin saçına gəlmir

birdə baxarsan ki şişib süd  yolun…

 

 

 

təsəlli..

 

Bütün yoxluqlar içində özümü sayıram barmağımla

Iki adamlıq skamiyada üçüncü adamı gözləyirəm

Bir az təsəlliyə ehtiyacım var

ən yaxşı təsəllini ağıllı adam yox, dəli adam verə bilər

deyər ki ağlın olsun yaşama,özünü as,

Köynəyinin yaxasını açar boynu kəsik-kəsik

Deyərki intihar edirdim,yaxınlarım qıymadı bir kəndiri mənə

 

Tanrıya dua edər ki,tanrı nə yaxşı məni dəli yaratdın

ağıllı yaradıb,dəli eləmədin

Şükür sənə,tanrı bu gündən

bəlkə məni it eləyəsən

it günündə yaşamaq istiyirəm,bezdim adam günündən

 

 

 

 

 

…və sonra

 

Sənin bildiyin tək ta darıxmaram

Heç gəlməz ağlıma lap innən belə

Soyuyar həsrətim bu günnən belə

Qovrular xatirən,o yol tinində

Nə deyim yadıma bəlkədə düşdün,

Nə vaxtsa,nə vaxtsa bir it ilində

Və sonra

sonrası lap çətin olar…

 

Mənim ürəyimdən süzülən ahlar

Süzülər qəlbinə xəbərin olmaz

Səni elə unudaram,düz özün kimi

Məni unutmağa təpərin olmaz.

Gözlərin hərdən bir boşalar dolar

Qalar ağ əllərin ürəyin ürəyin üstə

Bilirəm yəqinki bu belə olar..

 

Böyrünə bir ağrı daş kimi düşər

Sığmaz sinən üstə bu qədər ahlar

Oturub bir damcı düşünəndə də

Qoymaz darıxasan zalım uşaqlar

Bürüyər insafsız darıxmaq səni

Birdə baxarsan ki,iş işdən keçib…

 

Özünə çəkərsən əclaflaşarsan

Gözlərsən bir axşam tək duracaqda

Sonra qatar  gələr sürüşüb gedər

ən yaxın xatirən ilişib gedər

geriyə dönərsn getməssən evə

gedərsən bir addım kölgənə sarı

gedərsən həmənki durduğun yerə..

 

…və sonra,sonrası lap çətin olar

Sənin bildiyindən ikiqat çətin!..

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10