“Vəcidə” filmi – qadın azadlığına yeni baxış

92 Baxış

11909894_408371892681142_1027899273_n

Ceyhun Mirzəli

Son illərdə şərq kinosu özünəməxsus inkişaf yolunu keçməkdədir. Xüsusən Koreya və İran filmləri məhşurluq qazanmağa başlayıb.  Hətta kino sənayenin zəif inkişaf etdiyi ölkələrdən olan Səudiyyə Ərəəbistan da bu sahədə artıq özünü göstərir.

Qadın rejissor Həlifə Əl-Mənsur 2012-ci ildə “Vəcidə” adlı məişət mövzulu film çəkmişdi. Filmdə Vəcidə adlı məktəbli qızın velosiped sürmək arzusundan bəhs olunurdu. Vəcidəninin qonşusu Abdulla velosiped ilə onun baş örtüyünü götürərək qaçır. Bundan sonra Vəcidə velosiped sürmək arzusu yaranır. O,  velosipedin qiyməti ilə maraqlanır. Qiyməti 800 riyal olan velosipedi almaq Vəcidə üçün əlçatmazdır. O, bu məqsədlə pul yığmaq istəyir. Ancaq Vəcidənin istəyini anlayan anası ona qarşı çıxır. Anası ona  qadınların velosiped sürməyinə xoş qarşılanmayacağını deyir.

Vəcidənin valideyinləri arasında da müxtəlif problemlər mövcuddur. Müsəlman-ərəb toplumundakı çoxaravadlılıq onların ailəsindən də yan keçməyib. Nənəsinin atasını ikinci dəfə evləndirmək istəyi evin xanımını kifayət qədər əsəbləşdirir. Lakin bunun Vəcidəyə elə bir təsiri olmur.  Nəhayətdə Vəcidə üzləşdiyi problemə çarə tapır. Mədrəsədə Quran müsabiqəsi keçirililir. Qalibə min riyal ödənilməsi xəbəri Vəcidəni hədəfinə çatmağa istiqamətləndirir. Bu zaman maraqlı təzad meydana çıxır. Şəriət qanuna qarşı çıxan Vəcidə buna qarşı olmaq üçün Quranı və dini bilgiləri əzbərləməli olur. Qonşu oğlan Abdulla isə əmisinin seçkilərdə qalib gəlməsi üçün təbliğat işində fəallıq edir. Bu məqsədlə Vəcidədən onun evindən işıq salmaq üçün kömək istəyir. Vəcidə isə ona velosiped sürməyi öyrətmək şərti ilə ona kömək edəcəyini deyir.Abdulla bu şərtlə razılaşır.

Müsabiqədə bir çox qızlar iştirak edir. Vəcidə qalib gəlir. Direktorun min riyal pulu nəyə xərcləyəciyini soruşarkən, velosiped alacağını deməsi zalda gülüşməyə səbəb olur. Buna qəzəblənən direktor bu pulların Vəcidəyə verilməyəciyini Fələstinə kömək məqsədi ilə ora göndəriləciyi bağlı dediyi söz həm də siyasi mesajdır.  Bundan sonra sarsılan Vəcidə ümidsiz hala düşür. Lakin axşam anası ona velosiped aldığını görür. Vəcidə bu şəkildə arzusuna, hədəfinə çatır. Problem qadın həmrəyliyi nəticəsində həllini tapır.

Qeyd- Əgər 1948 ci ildə italyan rejissoru Vittoriyo de Sikanın “Velosiped oğruları”filmində velosipedi sosial problemin bir hissəsi kimi görünürdü. “Vəcidə” filmində isə velosiped bir qızın arzusunun azadlğının göstəricisi olaraq verilir.

 

 

 

vecide25

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Kino, Modern
KÖŞƏ YAZARLARI
TOP 10