“Vətən səsə qurban olum” – Cəvahir Əsədova

32 Baxış

6ceb97ae-51d9-4b6a-9316-657f61848ac9

Senet.az oxucularına Cəvahir Əsədovanın “Vətən səsə qurban olum” şeirini təqdim edir.

 

VƏTƏN, SƏNƏ QURBAN OLUM!

 

Vətən, sənin hər daşına qurban olum.

Hər otuna, kol-kosuna qurban olum.

Uca dağlım, mavi gözlü Xəzərim –

Lap qumuna, toz dənənə qurban olum.

 

Gülünə, çiçəyinə, laləli bağlarına,

Tikanına, budağına, ağacına qurban olum.

Hər rəngə çalan yarpaqlarına:

Sarısına, yaşılna, qurusuna qurban olum.

 

Düşmənə göz dağı verən, o yenilməz adına,

Bütöv Azərbaycanıma!

Əzəmətli, vüqarlı Azərbaycan adına:

Adının hər hərfinə, hər səsinə qurban olum.

 

Torpağında uyuyan cəsur ürəklilərinə,

Sərhəddini qoruyan əsgərinə qurban olum.

Başının üstündə açıq səmana,

Şəhid qanı dadı verən torpağına qurban olum

 

Sən əbədi yanar odsan, alovsan,

Heç sönməyib alışan məşəlinə qurban olum.

Vətən, sənin bütövünə, tamına

Urəyindən axan qana qurban olum.

 

Səni rahat qoymadılar parça-parça etdilər,

Əsrlərdi haray salan – o nalənə qurban olum

Sinəndə döyünən, həsrətlə vuran

Ürəyinin yarasına,

O yaranın ağrısına qurban olum.

 

Vətən, sənin bütövünə qurban olum!

Vətən, sənin qələbənə qurban olum!