“Vətən uğrunda vuran ürəklər” kitabı təqdim olundu

198 Baxış

KITABYazıçı-publisist Cəlaləddin Qasımovun Azərbaycanın milli qəhrəmanlarından bəhs edən “Vətən uğrunda vuran ürəklər” adlı kitabının təqdimatı keçirilib.
Kitabda Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş vətən oğullarının döyüş yolu haqqında materiallar toplanıb.

Tədbirdə kitabın əhəmiyyətindən danışılıb, vətənpərlik ruhunda yazılmış belə nəşrlərin bugünkü və gələcək nəsillər üçün vacibliyi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, “Vətən uğrunda vuran ürəklər” Qarabağ müharibəsində şəhid olanların xatirəsini bir daha əbədiləşdirir.

Kitabda Milli qəhrəmanlar Allahverdi Bağırov, Mübariz İbrahimov, Riyad Əhmədov, “Azərbaycan bayrağı” ordenli İbad Hüseynov və Əhməd Mehbalıyevin göstərdiyi döyüş şücaəti haqqında geniş məlumat verilir.

Tədbirdə çıxış edən müəllif Cəlaləddin Qasımov ərsəyə gətirdiyi kitabın gənclərimiz üçün bir mənəviyyat, təcrübə məktəbi olduğunu bildirib. O, bu cür kitabların Vətən uğrunda fədakarlıq etmiş insanları tanıtmaq üçün önəmli olduğunu qeyd edib. C.Qasımov kitabda haqqında bəhs etdiyi Milli qəhrəmanların döyüş yoluna aid faktları necə əldə etdiyi barədə də məlumat verib. Və qeyd edib ki, kitabda qeyd edilələr təxəyyül məhsulu deyil, məhz gerçək faktlara əsaslanır.

Tədbirdə digər çıxış edənlər belə bir kitab yazıdığına görə müəllifə təşəkkürlərini bildiriblər.

 

 

KITAB1

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10