“Vətənin tərənnümü” adlı yekun sərgi açılacaq

4 Baxış

15076328105318644078_1000x669

Oktyabrın 13-də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən Senet.az-a bildirilib ki, məqsəd cəmiyyətdə doğma yurda sevgi və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etməkdir.

150-dən çox rəssam öz canlı müşahidələri əsasında ərsəyə gətirdiyi 350-yə yaxın təbiət mənzərələri etüdlərini müsabiqəyə təqdim etmişlər. Yekun sərgidə isə 46 rəssamın, münsiflər heyəti tərəfindən seçilmiş 80-ə qədər etüdü nümayiş olunacaq. Eyni zamanda, sərgidə korifey sənətkarlarımızın etüdlərindən bəzi nümunələr də sərginin ekspozisiyasında yer alacaq.

Sərginin açılışından bir gün sonra “Rəssamlıqda etüdün rolu” mövzusunda rəssamların və sənətşünasların iştirakı ilə “dəyirmi masa” keçiriləcək. Bundan başqa, müsabiqədə münsiflər heyətindən daha çox xal toplamış etüdçülərin bir qismi Azərbaycanın rayonlarından birinə səfər edərək etüd çəkmə şansı qazanacaq. Müsabiqədə I, II, III yerlər və həvəsləndirici mükafatlar olacaq. Bütün müsabiqə iştirakçılarına diplomlar təqdim olunacaq.

Sərgi oktyabrın 16-dək davam edəcək.

KÖŞƏ YAZARLARI
TOP 10