“… və susarsan”

32 Baxış

İntiqam Yaşar ... Və susarsanGənc yazar İntiqam Yaşarın “OL” nəşriyyatında yeni kitabı işıq üzü görüb.

Sayca ikinci şeirlər kitabı olan “…və susarsan”-da müəllifin son illərdə yazdığı heca və sərbəst vəznli şeirləri yer alıb. Redaktoru Kənan Hacı olan kitabın rəssamı İsmayil Cabbarov, dizayneri  Bulud Çağlayandır. Kitabın təqdimat və imza günü 22 aprel saat 12:00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək.