Vəfa CANın təqdimat və imza günü keçiriləcək

10 Baxış

tanrım məni unutma (2)03 aprel 2016-cı il tarixdə Kitabevim.az kitab marketində gənc şair Vəfa CANın “Tanrım, məni unutma” şeirlər və esselər kitabının təqdimat və imza mərasimi keçiriləcək.

Tədbirdə tanınmış ədəbiyyat və incəsənət adamlarının iştirakı gözlənilir.

“XAN” Nəşriyyatında işıq üzü görən kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər və esselər toplanıb.

Vəfa CAN (Məmmədova Vəfa Məmməd qızı) 1987-ci ildə anadan olub. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA-Menecment fakültəsini bitirib.

“Tanrım, məni unutma” müəllifin ilk kitabıdır.