İyunun 5-də V Azərbaycan Şairlər günü keçiriləcək. Nurəngiz Günə həsr edilən tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
AYB-nin mətbuat xidmətindən verilən məlumata görə Şairlər günü münasibətilə Gənc Şairlər Birliyi tərəfindən “Nurəngiz Günə BİR BƏND ŞEİR” müsabiqəsi keçiriləcək.
Müsabiqə may ayının 20-ə qədər davam edəcək. Qalib gələn birinci yerin sahibinə V Azərbaycan Şairlər Günündə Müşfiq Mükafatı təqdim ediləcək. İkinci və üçüncü yerin sahibləri də diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.