V.S. Yurkeviçin “Mütaliəni uşaqlara sevdirmək üçün” kitabından

23 Baxış

Books

Oxumağı bir az bacaran amma həvəssiz yanaşan uşaqlar üçün…

İlk öncə bir neçə məsləhət:

  • Mütaliə əvvəldən zövq hissi aşılamalıdır. Repressiya qəti şəkildə olmamalıdır. Heç bir halda məcbur edilmə və dilə tutma olmamalıdır: “Heç olmasa bu səhifəni də oxu!” İstənilən manevrlər, oyunlar fikirləşin, amma elə edin ki uşaq özü oxumağı istəsin, arzusu yaransın.
  • Onun oxuduğu hər bir sözə sevinin, bunun onun kiçik qələbələri olduğunu anlayın.
  • Onun diqqətini etdiyi səhvlərə yönləndirməyin, səhvləri üsulca düzəldin, hətta bunu bacardıqca etməyin.
  • İlk oxu üçün rəngli, parlaq şəkilli, böyük hərflərlə yazılmış və ən əsası izlənilməsi maraqlı süjet xətti olan kitab seçin.

Metod və üsullar çoxdur. Öz üsulunuzdan istifadə isə ən doğrusu olardı…

Kassil metodu

Bu metod oxumağı bacaran, amma sevməyən uşaqlar üçün nəzərdə tutulub. Onları maraqlandırmaq üçün valideynlər kitabı oxumağa başlayır, ən maraqlı hissəsində isə qəfildən dayanırlar – vaxt yoxdur, deyə.

Daha sonra uşaq özü oxumağa cəhd edir, xüsusi bir ebtuziazm olmadan.

Bu halda, valideynlər ilk növbədə uşağı göstərdiyi inisiativ üçün tərifləməli, daha sonra isə kömək etməlidirlər: o bir sətir oxuyuir. Valideynlər isə iki sətir və s… Beləliklə, möhkəm bir vərdiş formalaşmış olur.

 

İskra Daunis (uşaq psixoloqu) metodu

Bir gün uşaq yuxudan ayılanda yastığının altından Karlsondan (burda istənilən nağıl/hekayə qəhrəmanı ola bilər) məktub tapır. Məktubda Karlson uşağı sevdiyini, onunla dost olmaq istədiyini deyir. Uşaq üçün hədiyyə hazırladığını və hədiyyənin filan filan yerlərdə olduğunu yazır. Əlbəttə ki, hədiyyə həmin yerdədir. Uşaq bunun oyun olduğunu duyur, lakin sevinir.

Səhəri gün yeni bir məktub gəlir, bu məkubda hədiyyə haqqında bir kəlmə də yazılmayıb. Əvəzinə, onun üçün sirkə bilet göndərmək istədiyini, lakin onun pişiklə pis davrandığını, quyruğunu dartaraq onu incitdiyini gördüyü üçün fikrini dəyişdiyi yazılmışdı.

Günbəgün məktub uzanır, oxuma sürəti artır. Uşaqda mütaliə ilə bağlı məmnunmuluq və sevinc hissi artır.

 

Qədim Xalq metodu (Kitabın Xalqı kimi də adlandırılır)

Uşağa yalnız özünü yaxşı apardığı halda mükafat kimi ona bir neçə sətir, yarım səhifə oxumağa imkan yaradırlar, hətta həmin hadisənin qeyd olunması üçün kitab formasında uşaqlara xüsusi peçenyelər də bişirirlər. Oxumaq – sevinc və bayramdır. Uşaq hər dəfə kitabı əlinə götürən zaman bunu belə hiss etməlidir. Və uşaq özünü pis aparırsa, kitab oxumaq qadağan olunur.

Düzdür, bu metod uşaqların Müqəddəs Kitabı oxuduqları zaman yaranmışdı…

 

Bisavad qadının metodu

Bu xüsusi istedadlı uşaqlar üçün olan sinifdə təhsil alan xüsusi istedadlı bir oğlan və rus dilində danışa bilməyən (oxumaq barəsində ümumiyyətlə bilmirəm) anası haqqında uzun bir hekayədir. Bir onu bilirəm ki, ona mərkəzi poçt idarəsində banderolları ip ilə sarımağı etibar etmişdilər.

Oğlan dörd yaşında hərfləri öyrənir, sözsüz ki, oxumağı bir o qədər də yaxşı olmur, anansı və onlara baş çəkən qohum-əqraba, qonum-qonşu üçün oxuyurdu. Bisavab ananın görünür fantastik intuisiyası olur. Özünüz mühakimə edin. Onlar kommunal bir mənzildə yaşayırdılar. Qonşu Katya xala da onlara tez-tez baş çəkərdi. Dian (oğlanın adı belə idi) oxumağı bacardığnı göstərmək üçün lovğalanmaq istəyir. Oxumağa başlayır – pis və səhvlərlə. Katya xala uşağa ağıl vermək qərarına gəlir: “Sən nə danışırsan? Sən oxumağı bacarırsan?! Düz-əməlli öyrən, sonra lovğalan.”

Ananın vəziyyətini təsəvvür edə bilməzsiniz! “Sən niyə mənim uşağımın belə xətrinə dəyirsən?” – deyə bisavad ana öz oğlunu müdafiəsinə qalxır. O hələ indi oxumağa başlayıb. Sən isə onun oxumağa olan iştahını öldürürsən (eynilə belə də dedi).

Hətta illər keçsə də bu hadisəni danışan zaman onun gözləri qəzəb ilə parlayırdı: “Mən onu qovdum, Katya xala dedim ki, uşaqla davrana bilmirsənsə, heç bizə gəlmə. O düz iki il bizə gəlmədi…”

Və daha çoxu… Ana çox az qazanırdı. Yeməyə kartofdan başqa heç nələri olmurdu. Hər gün oğlundan ona kömək etməsini xahiş edirdi, kartof təmizləyərkən, yanında olub, nəsə oxusun. “Onda, əllərim çox ağramır.” – oğlunu qucaqlayaraq deyirdi. Ana kartof təmizləyir, oğlu isə kiçik bir stulda oturaraq oxuyurdu. Hələ də pis oxuyurdu. Anansının göz yaşlarını görür: “Niyə ağlayırsan, ana?”

-          Görürsən, bala mən savadsızam, sən isə ziyalı olacaqsan, çoxlu kitab oxuyacaqsan.

-          Bəli, anacan. Mən alim olacam.

Və beləcə gündə üç dəfə. Hər dəfə anasından nə zaman kartof təmizləməyə gedəcəyik, əllərin ağramasın deyə nə zaman oxumağa başlayacam, deyə soruşurdu. Beş yaşı olan zaman rayon kitabxanasına getdilər. İndi oğul yaxşı bir riyaziyyatçı olaraq Prinstonda işləyir. Bu bisavab qadının onda parlaq riyaziyyat bacarıqlarını hansı üsulla formalaşdırması isə başqa bir hekayədir…

Tərcümə: Aytən Hüseynova, Hədəf STEAM Liseyi

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10