V “Soyuq əllər, isti ürək” yarmarkası başlayır

3 Baxış

fg19330390.jpg

2017-ci ilin dekabrın 1-dən 2018-ci il yanvarın 15-dək Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək. 
Senet.az-ın məlumatına görə, artıq 5-ci ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq xeyriyyə işlərinə sərf olunacaq.
Yarmarkanın təşkilatçısı “Nargis Fund” sponsorlarla birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək.
Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı və hədiyyələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunacaq.
Qeyd edək ki, “Nargis” xeyriyyə fondu 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub.
Yarandığı gündən fond tərəfindən bir sıra xeyriyyə layihələri təşkil olunub, uşaq və qocalar evlərinə, aztəminatlı ailələrə maddi yardım göstərilib, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və cərrahi əməliyyatları həyata keçirilib.
KÖŞƏ YAZARLARI
TOP 10