SENET.AZ

Van Qoqa həsr olunmuş animasiya filmi çəkilir- VİDEO

6 Baxış

Loving_vincent_trailerMəşhur holland rəssamı Vinsent Van Qoqa həsr olunmuş “Sevgi ilə.Vinsent” filminin treyleri işıq üzü görüb.

“Büro 247″-nin məlumatına görə, filmin hazırlanması ilə 2008-ci ildə “Petya və canavar” işinə görə “Oskar” alan Hyu Velçmanın Breakthru studiyası məşğul olur. Layihənin rejissoru Varşava incəsənət məktəbinin məzunu Dorota Kobeldir. 80 dəqiqəlik animasiya filmi 56 800 əl işi ilə çəkilmiş kadrdan ibarət olacaq. Filmdə Van Qoqun 120 əsəri nümayiş olunacaq, süjetin əsasında isə onun yazdığı 800 məktub dayanır.

Layihədə istifadə olunan bütün əsərlər Van Qoqun işlərinə maksimum yaxın olması üçün yağla kətanda işlənib. Hazır rəsmlərin isə şəklini çəkib, çarxa yerləşdirirlər. Müəlliflər “Sevgi ilə. Vinsent” filmini yaxın iki ildə izləyicilərə təqdim etməyi planlaşdırırlar.