Van Qoqun kəsilmiş qulağının müəmması

69 Baxış

van ggAlman tarixçiləri Haus Kaufmann və Rita Vildegans məşhur holland rəssamı, postimpressionist Vinsent Van Qoqun intihar etməsinin yeni səbəblərini aşkar etmişlər.

Alman tarixçiləri sübuta yetirmişlər ki, V.Van Qoqun intiharına, onunla yaxın dost olan və bir evdə yaşayan məşhur fransız rəssamı postimpressionist Pol Qoqenlə münasibətlərinin pozulması və küsülüşmələri olubmuş…

H.Kaufmann və R.Vildegalsın birgə yazdıqları kitabda  V.Van Qoqun qulağının necə və nə səbəbdən kəsilməsi və V.Van Qoqun intiharının səbəbləri haqda da yeni versiyalar irəli sürülür.

İndiyədək belə qeyd edilirdi ki, əsəbiləşəndə özünü idarə edə bilməyən, nə etdiyini anlamayan V. Van Qoq qulağı kəsilən gün, Pol Qoqenlə birgə yaşadıqları evdə bərk mübahisələri düşübmüş. Əsəbiləşəndə nə etdiyini bilməyən Van Qoq ülgücü götürüb Pol Qoqenə hücum çəkir. Van Qoqun əlindən zorla və xəsarətsiz canını qurtaran Pol Qoqen, üz tutur qaçmağa. Əli hər şeydən üzülən əsəbi Van Qoq öz qulağını kəsib atır. Daha doğrusu, qulağının sırğalığını kəsir.

Alman tarixçilərinin yazdıqlarına görə isə, bu hadisə tamam başqa cür olub:

 

… Hadisə baş verdiyi gün Pol Qoqen yaşadığı evi tərk edərək qadın dostları yaşayan evə tərəf yollanarkən görənlər olub. Elə bu an arxadan Van Qoq özünü ona çatdırır. Çox yaxşı qılınc oynatmağı bacaran Qoqen, elə əlindəki qılıncla da Van Qoqun qulağını kəsir.

Pol Qoqenin Van Qoqla yaşadığı evi tərk etməsinə səbəb isə, evdə aralarında düşmüş mübahisə zamanı Van Qoqun Qoqenin başına stəkan atması olubmuş…

Qoqen qılıncı ilə Van Qoqun qulağını kəsdikdən sonra, qılıncını çaya atmış, günahı öz üzərindən atmaq üçün isə Van Qoqun ağlını itirib, dəli olması haqda aləmə car çəkmişdir.

Azens.az saytının məlumatına görə, Kaufmann və Vildegalsın birgə yazdıqları kitabda daha bir maraqlı məqama rast gəlinir. Kitabda verilən məlumata əsasən, 23 dekabr 1888-ci ildə, gecə yarı, V. Van Qoq qadın dostları yaşayan evə gələrək, qadınlardan birinə öz kəsilmiş qulağını verərək demişdir:- “ Bunu göz bəbəyin kimi qoru”, və oranı tərk edərək, yoxa çıxmışdır.

… Səhər tezdən polis işçiləri V. Van Qoqun cəsədini öz evində tapırlar. Araşdırmalara əsasən, bu hadisə Van Qoqun qulağının kəsildiyi vaxtdan 2 il sonra baş vermişdir.

Alman tarixçiləri Kaufmann və Vildegalsın kitabda verdiyi məlumatlardan belə qənaətə gəlmək olur ki, Van Qoqun qulağını dostu Qoqen kəsibmiş…

KÖŞƏ YAZARLARI
TOP 10