“Vaqif” operasının premyerası keçiriləcək

2 Baxış

Vagif-Ramil QasimovNoyabrın 26-da  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  Azərbaycanın  tanınmış bəstəkarı, Xalq artisti Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcəkdir. Operanın yeni quruluşu mərhum bəstəkarın 90 illik yubileyinə həsr olunmuşdur.

Teatrın mətua xidmətindən Senet.az saytına verilən məlumata əsasən pemyera tamaşasında teatrın aparıcı solistlərindən Xalq artisti Əli Əsgərov (Vəzir), Əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman),  Əkrəm Poladov  (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), İlkin Əhmədov (Xanəndə), gənc  solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar)  çıxış  edəcəklər.

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar  incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Bölmə : Teatr