Vaqif Səmədoğludan Günün şeiri

25 Baxış

news_20190403073136

“Günün şeiri” layihəsindən Vaqif Səmədoğlunun “Allaha kömək vaxtıdır” şeirini təqdim edir.

İndi gileydən, güzardan
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır…

İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır…

İndi nə dua, nə qarğış
Nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq
Allaha kömək vaxtıdır…

1995

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10