Vaqif Sultanlının “İnsan dənizi” romanı Almaniyada çap olunub

16 Baxış

14907937175715552557_1000x669

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı Almaniyada (Das Menschenmeer, Leipzig, “Winterwork” Verlag, 2017) nəşr olunub.

Senet.az xəbər verir ki, yüksək poliqrafik keyfiyyətlə çap edilən romanı alman dilinə tanınmış türkoloq və mütərcim Hermann Keil çevirib.

Yazıçının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış roman Almaniya oxucularına ilk dəfə təqdim olunur. Təsvir olunan hadisələrin XX əsrin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından xilas olaraq uzaq bir şəhərdə gizli ömür sürən baş qəhrəmanın taleyi fonunda mövcud cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi diqqət mərkəzinə çəkilmişdir.

Kitabda həmçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında yığcam məlumat verilib.

Qeyd edək ki, İngiltərə, Amerika, Türkiyə, Misir, İran və başqa ölkələrdə nəşr olunmuş “İnsan dənizi” romanı Almaniyanın Leipsiq şəhərində keçirilən kitab sərgisində də nümayiş etdirilib.

KÖŞƏ YAZARLARI
TOP 10