Vaqif Sultanlının “Səhra savaşı” romanı Türkiyədə

0 Baxış

hg

 

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” romanı Türkiyədə nəşr olunub.

İstanbulun “Nestor” nəşriyyatında nəfis şəkildə yayımlanan kitabı Türkiyə türkcəsinə tanınmış tərcüməçi və ədəbiyyat araşdırıcısı Ənvər Uzun çevirib.

Qeyd edək ki, “Səhra savaşı” müəllifin Türkiyə oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan öncə, yazıçının roman, povest və hekayələr toplusundan ibarət “Ölüm yuxusu”, “İnsan dənizi” kitabları, habelə “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ruhun ağrıları” adlı elmi araşdırmaları Türkiyə türkcəsinə çevrilərək müxtəlif nəşriyyatlarda yayımlanmışdır.

Şərti-metafоrik üslubda qələmə alınmış “Səhra savaşı” rоmanının süjet xətti zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisə və əhvalatların bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.

Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, yabançılaşma kimi mənəvi-əxlaqi sorunlara ciddi etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir.

Kitabı kitabyurdu.com, pandora.com, babil.com, amazon.com saytlarından sifariş yolu ilə əldə etmək olar.

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10