Varis Yolçuyevin əsəri Nyu-York konfransında

7 Baxış

Yazıçıların bu Nyu-York Beynəlxalq Konfransı başa çatıb. Dünya ədəbiyyatının ən böyük hadisələrindən hesab edilən konfransın pitçinq siyahısına yazıçı-publisist Varis Yolçuyevin əsəri də daxil edilib.

Varis Yolçuyev Senet.az saytına bildirib ki, müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçı ilə ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən “Writer`s Digest Annual Conference” adlanan bu konfrans Nyu-Yorkun “Hilton Midtown” otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasına bürüyüb. Burada Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən “Tarixi roman üçün tədqiqat”, “Dinamik xarakterlərin yaradılması”, “Uğurlu müəllif olmağın sirləri”, “Dram janrı müasir dönəmdə”, “Horror və detektiv ədəbiyyatı bu gün” mövzusunda maraqlı seminarlar, habelə “Müəlliflər üçün marketinq strategiyası” adlı təlim keçirilib.

Bu il ilk dəfə Nyu-York Beynəlxalq Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilib: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və Varis Yolçuyev.

Amerika ədəbi agentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan “Yetmiş yeddinci gün” romanı təqdim edilib.

Bölmə : Konfrans