Vidadi Babanlının şəxsi fondu yaradıldı

57 Baxış

vidadiNasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət Xadimi Vidadi Babanlı yaradıcılığının bir hissəsini əks etdirən materialları Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib.

Arxivin direktor müavini Könül Nəsibova Senet.az-a bildirib ki, sənədlər sırasında nasirin əlyazmaları, tərcümələri, hekayələri, ona verilmiş kitablar və dövrünün tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb.

K.Nəsibova deyib ki, arxivə yazıçı ilə bağlı 1347 sənəd daxil olub. Arxivin əməkdaşları tərəfindən təqdim edilmiş materialların siyahısı hazırlanıb. Bütün işlər qaydaya salınıb və Vidadi Babanlının şəxsi fondu rəsmiləşdirilib.

Qeyd edək ki, bu gün də yazıb-yaradan V.Babanlı “Vicdan susanda”, “Ömürlük cəza”, “Ana intiqamı”, “Müqəddəs ocaq” və digər əsərləri ilə çoxsaylı oxucu qəlbinə yol tapıb. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

Bölmə : Sənət xəbər