Aktyor, Əməkdar artist, dosent Vidadi Həsənovun şeirlər kitabı nəşr olunub.
“XAN” nəşriyyatında, 500 tirajla çap olunan kitab “Qum dənələri” adlanır.
Bu kitab müəllifin sayca ikinci kitabıdır. Bundan əvvəl Vidadi Həsənovun “Şair olmaq istəmirəm” adlı şeirlər kitabı işıq üzü görüb.
Qeyd edək ki, mayın 14-də Kitabevim.az kitab marketində “Qum dənələri” kitabının təqdimat mərasimi keçiriləcək.