Video çək, kitab qazan – Yeni müsabiqə

84 Baxış

 yumruqYumruq Ədəbi Birliyi yeni müsabiqəyə start verib. Birlikdən Senet.az-a verilən məlumata görə, “30+1″ kitabı haqqında ən gözəl, ən kreativ və ən maraqlı video çarx çəkən 1-ci və 2-ci yer sahiblərinə  kitablar hədiyyə olunacaq.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Müsabiqənin şərtləri:

1. Müsabiqədə hər bir kəs iştirak edə bilər ( Birliyin üzvləri xaric), heç bir yaş məhdudiyyəti yoxdur.

2. Müsabiqədə iştirak etmək üçün “Yumruq Ədəbi Birliyinin” -nin səhifəsi bəyənilməli.

3. Video çarxların həcmləri 1 (bir) dəqiqədən çox olmamalıdır.

4. Çarx istənilən vasitə ilə çəkilə bilər ( kamera, telefon, planşet və s.)

5. Çarxlar çəkildikdən sonra youtube kanalına yerləşdirilməli və linki bizə göndərilməli. (səhifənin inboxuna)

6. Müsabiqə iştirakçılarına 15 (on beş) gün müddət verilir.

 

Qeyd edək ki, müsabiqəyə materialların qəbulu sentyabrın 23-ü yekunlaşır.

 

 

32

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10