VII Avropa Film Festivalı – Bakıda

11 Baxış

Noyabrın 3-dən 12-dək Bakıda VII Avropa Film Festivalı keçiriləcək. Festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda – komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, artıq yeddinci dəfə keçirilən festivalın “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu deyib. Bildirib ki, festivalın proqramına 2015-2016-cı illərdə istehsal olunmuş və müxtəlif mükafatlara layiq görülmüş filmlər daxildir. Festivalda nümayiş ediləcək filmlər vasitəsilə Avropa mədəniyyəti müxtəlif rakurslardan göstəriləcək. Orijinal dildə və ingilis dilində alt yazı ilə təqdim olunacaq filmlərin nümayişi pulsuzdur.

Malena Mard qeyd edib ki, festival çərçivəsində izləyicilər üçün esse və jurnalistlər üçün məqalə yarışması keçiriləcək. Yazılar Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “facebook” səhifəsində yerləşdirilməlidir. Qaliblər fevralda keçiriləcək Berlin film festivalında iştirak etmək imkanı qazanacaqlar. Festivala ilk dəfə qatılan ölkələrin olacağını bildirən “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, festivalın keçirildiyi müddət 10 günədək artırılıb.

N.Quliyev festivalda maksimal sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib.

Festivalın Yunanıstan və İspaniya filmləri ilə açılacağını deyən direktor Azərbaycanın Avropa Film Festivalında “Qırmızı bağ” dramı ilə iştirak edəcəyini söyləyib.

Nəzərə çatdırılıb ki, filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq.

Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ittifaqa üzv dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirlikləri və “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə birgə təşkil olunur.

Bölmə : Kino, Manşet