VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

51 Baxış

uzeyir

Sentyabrın 18-i ənənəvi Üzeyir Musiqi Günü keçiriləcək. Bu münasibətilə ölkə daxilində bir sıra konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

Bununla yanaşı sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Festivalda Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər – Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10