VII Şairlər Günü Şabranda keçiriləcək

4 Baxış

MEDHər il ənənəvi olaraq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə respublikamızda Şairlər Günü qeyd olunur.

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən 2017-ci ildə VII Şairlər Günü Şabranda keçiriləcək. Bu qərar Şabranda qurumun bölməsi açıldığı gündə verilib. AYB-in Şabran bölməsi, rayonun Xaqani Poeziya Klubu və Şabran ədəbi dərnəyinin dəstəyi, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirə xarici qonaqlar da dəvət olunacaq.

Qeyd edək ki, Şabran rayonunda hər il Xaqani Poeziya Günləri təntənəli şəkildə qeyd edilir və bayramın respublika əhəmiyyəti daşıması üçün AYB-də Xaqani Poeziya Günləri Təşkilat Komitəsi yaradılıb.

Bölmə : Konfrans, Manşet