VIII Fənlərin Dostluğu Olimpiadasının I  mərhələsi keçirilmişdir – FOTOLAR

46 Baxış

25348795_1782305845149545_7826454738888645503_n

17 dekabr 2017-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi  baş tutmuşdur. Bakı, Sumqayıt, Xırdalan, Şamaxı və Oğuz şəhərlərində keçirilən Olimpiadada  ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri2 saat müddətində 50 inteqrativ sualı cavablandırmışlar. 5 imtahan mərkəzində ümumilikdə 1200-dən artıq şagird öz biliyini sınamışıdr.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası”nın 2017-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin  Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və  Hədəf Kurslarıdır.

Olimpiadanın rəsmi tərəfdaşlarıMedica Hospital, Hədəf Multimedia Mərkəzi,  Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, HedefGlobal, kitabevim.az mağazaları, informasiya dəstəkçiləri isə APA TV, edumap.az, senet.az  portalları, Ustad dərgisidir.

23 dekabr 2017-ci il tarixində VIII  “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırma mərasimi baş tutacaqdır. Olimpiadada qalib gələn 10 şagird və onların təhsil aldığı orta məktəblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Xatırladaq ki, Olimpiada təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi hesabına baş tutmuşdur.