“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi

20 Baxış

15317435083459932099_1000x669

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi çap olunub.

Senet.az xəbər verir ki, digər nömrələrdə olduğu kimi, hazırkı nömrədə də maraqlı povestlər, hekayələr, romanlar və dünya poeziya nümunələri yer alıb. Belə ki, oxucular nəşrin sözügedən nömrəsində Andre Jidin “Pastoral simfoniya” əsəri, Nəriman Əbdülrəhmanlının “Səsindən yıxılan” hekayəsi, Konstantin Paustovskinin “Ədəbi portretlər”, Bağater Arabullin, Migel Ernandes, Lalə Müldür, Heydər Ərgülən, Nevzat Çelik, Kiçik İskəndər və Nikita Steneskunun şeirlərini oxuya biləcəklər.

Nəşrin digər rubrikalarında Heynrix Böllün “Kişisiz ev” və Pater Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanlarının ardını, Vasili Radilovun “Sibirdən” məqaləsi, H.Branner, H.Herdal, K.Soyanın hekayələri, Zeydi Smitin “Kamboca səfirliyi”, Tuve Yanssonun “Boz ipək”, “Gimnastika müəlliminin ölümü” hekayələri, Nikolay Leskovun “Mtsenki qəzasının ledi Maqbeti” və Jan Anuyun “Yüksüz sərnişin” pyesləri yer alıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10