Xəzər Universitəsində “Dialektika festivalı” keçirilib – FOTOLAR

13 Baxış

5f32f491957c

Dünən Xəzər Universitəsində Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanovanın “Dialektologiyaya giriş” fənni üzrə açıq dərs proqramına daxil olan “Dialektika festivalı” keçirilib.

Senet.az-a verilən məlumata görə, festivalda Şərq, Şimal, Qərb, Cənub, eləcə də, keçid dialekt qrupu olan Lənkəran qrupu təmsil olunub. Müəllim İ.Qurbanovanın giriş sözündən sonra hər qrupu təmsil edən tələbələr Azərbaycan dili dialekt və şivələrinin xüsusiyyətlərini əks etdirən məruzə və çıxışlar edib, səhnəciklər və video materiallar göstərib, hər dialekt qrupuna məxsus adətləri və kulinariya nümunələrini nümayiş etdiriblər. H.Bəşirovanın aparıcılığı ilə çox maraqlı keçən tədbirdə Şərq qrupu dialektlərini M.Hüseynova, F.İsgəndərova, S.Mahmudzadə, S.Əliyeva, Ü.Abışova, A.Qədirova, Lənkəran qrupunu T.İbrahimova, Şimal qrupunu M.Məmmədova, F.Qaziyeva, N.Babazadə, Qərb qrupunu H.Bəşirli, N.Möhübbətli, G.Həsənova, N.Məstəliyeva, A.Ömərova, Z.Əliyeva, Cənub qrupunu C.Məmmədov, M.İmanlı, Ü.Cəlalova, G.Düyamalıyeva təmsil ediblər.

Tədbirin sonunda Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, bir neçə maraqlı təklif verib və tədbirin təşkilatçılarına təşəkkür edib.

KÖŞƏ YAZARLARI
TOP 10