“Xəz paltolu Madonna” filmi çəkiləcək

20 Baxış

562dfafeac1fe32718416f1a

Türk ədəbiyyatının ünlü simalarından olan Sabahəddin Əlinin 1943-cü ildə nəşr olunan və son bir neçə ildir ki, Türkiyədə ən çox satılan romanlardan olan “Xəz paltolu Madonna” əsəri bu yaxınlarda səhnələşdiriləcək. Senet.az-ın CNN Türk xəbər saytına istinadən məlumatına görə, filim Türkiyənin məhşur kino stüduyolarından olan “Ay Yapım” tərəfindən çəkiləcək.

Romanlarında insanın görünməyən üzünü ortaya çıxaran S.Əli, “Xəz paltolu Madonna” əsərində Raif əfəndi xarekterinin Berlində tanış olduğu bir qadınla yaşadıqlarını, qələmə aldığı xatirələri əsasında danışılır. Romanın baş qəhrəmanları Raif effendi və Mario Puderdir. Raif əfəndi özünə qapanıq və insanlardan uzaq duran, heç kimlə dərdini paylaşmayan, hər cür haqsızlığa göz yumub səssiz qalan   biridir. Lakin bir gün bu cür insan bir hadisə nəticəsində tamamilə dəyşilərək yeni bir insana çevrilir. Yazıçı “Xəz paltolu madonna”ya roman yox, uzun hekayə, yəni novella deməyi daha çox uyğun görürdü.

                Səbahəddin Əli 

Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi, Azərbaycanda da ilk əvvəl hekayə və roman yazarı kimi tanınır. Səbahəddin Əli Almaniyada təhsil almış, geri döndükdən sonra Konya və Ankarada alman dili müəllimi olaraq çalışmışdır.

Səbahəddin Əli yaradıcılığa şeirlə başlamışdır. “Sərvəti-fünun”, “Günəş”, “Həyat” kimi dərgilərə yazan S. Əlinin ilk hekayəsi “Bir ormanın hekayəsi”dir. Həbsdən çıxdıqdan sonra (1934-1936) “Kamal”, “Qaranquş”, “Ərəb Xeyri”, “Bazarçı”, “Öküz arabası” adlı hekayələri ilə daha da məşhurlaşmışdır.

1934-cü ildə xalq şeirləri üslubundakı şeirlərini “Dağlar və Rüzgar” adlı kitabında toplayaraq nəşr etdirmişdir.

Səbahəddin Əlinin “Quyucu Yusif” (1937), “İçimizdəki şeytan” (1940), “Xəz mantolu Madonna” (1943) adlı romanları, “Dəyirman”, “Öküz arabası”, “Səs”, “Yeni dünya”, “Şüşəli köşk” adlı hekayələr kitabı, “Dağlar və Rüzgar”, “Qurbağanın serenadası, başqa şeirlər” adlı şeirlər kitabı və “Əsirlər” adlı bir dram əsəri vardır. Bundan başqa yazar Hofmandan, Puşkindən (“Generalın qızı”), Sofokldan türk dilinə tərcümələr də etmişdir.

Çağdaş dövrdə də Səbahəddin Əli sevilərək oxunur və müasirliyini itirməmişdir. Lakin maraqlı budur ki, S.Əlinin müasir dövrdə daha çox şeirlərinə müraciət edilir. Məşhur mügənnilərdən Sezen Aksu, Ahmet Kaya, Nuket Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxumuş və xalq tərəfindən bəyənilmişdir.

 

Bölmə : Kino