(Xakasiya)
Tərcümə: Oktay Hacımusalı
Payız eskizləri
Rəssam göründü
əvvəl boyaları çıxartdı
sonra fırçasını.
Fırçasını batırdı boyaya
Bir az da
Dərinə getdi
Sonra lap çox!…
Və səni çəkməyə başladı
Yorulmadan, səylə
Səni,
Boyunu, buxununu,
Sarı yarpaqlarını…
Yapraqlarda
Işıqlar payızın gəldiyini göstərir…
Biz kədərliyik…
Hərarət yüksəlir parkdakı kollardan,
Bu sarı sonbahar onları yandırıb yaxır,
Saralıb solublar…
Bir dəqiqə gözlə!
Uzaqda bir rəssam
Yaşlı qadının getməyini gözləyir parkdan.
Yarımçıq rəsmini tamamlamaq üçün,
Qadınsa başını Puşkinin heykəlinə söykəyib…
***
Hər şey keçmişin simvollarında gizlənib…
Ayın qızılı rəngi, ulduzların parıltısı
Gözünü qırpmadan baxmaq və görmək lazımdır sadəcə
Burdan dayan və bax ancaq…
Çərçivənin içində imiş kimi görünür ağaclar
Bax və ağacların içini oyan nisgili gör…
Və qucaqla
Və dizlərinin üstünə otur…
Otur səhərə kimi,
Səhər durub gedərsən…
***
Bir sapsarı payız səhəri,
Tünd qızılı rəngə bürünən bağça
Silah kimi üzümə tuşlanan ağac budaqları,
çırılçılpaq…
Və yağmurlar donub, gücsüz
küləklərdə uçuşan damcılar sağa – sola sovrulur…
hanı ətirli güllər,
gözoxşayan çiçəklər?
qapqara ocaq yerinə
bənzəyir torpaq.
Beləı qoyulub himi.
Və boş… Sonsuza kimi
***
Yenə xəzan vuran payız yarpağı
Qəfil sürətlə yerə budaqdan düşdü –
Payızın xəbərçisi.
Və külək əsdi
və pəncərələr bağlandı
beş – altı il əvvəl necə kip bağlanmışdısa…
yenə qovuldular xəyallar
hər yeri kip bağlanan və yuxulu pəncərələrdən…
Və mən həddindən artıq axmaq olduğumu
Payızın isə qayçı kimi yarpaqları kəsdiyini düşündüm!
Ağaclar yırğalanır sakitcə yerində
Payızdan geriyə ancaq xışıltı qalır.
Payız sürətlə hücum çəkir
Yarpaqların üstünə
Yarpaqlar sənim, mənim, bizim çiyinlərimizdə
Gedir son mənzilə.
Dualarında isti bir dua,
Bir şam kimi yanır, yanır
Yarpaqların sarı işıqları.
Işıqlar, işıqlar… Biz açıq – aşkar budaqdan qopmaq,
Kirpikləri tənhalığa qapamaq üçün tələsirik.
Və biz heykəl kimi dayanmışıq,
Və zaman dayanmaq bilmir.
Və biz heç nə soruşmuruq,
Sadəcə dayanıb gözləyirik,
Üstümüzü isladır
Iri damcıları ilə yağmur…
***
Anam bizə eyni paltarı
Geyindirərdi uşaq olanda
Və deyərdi ki,
Siz böyüyəndə çiçək olacaqsınız.
Yellənən beşiklərin
Keçmək olmaz altından.
Sizin şərqiləriniz
Atlını salardı atından.
Bir qadın yatır indi xəstə yatağında,
əyilib beli.
“Ağrımıram, narahat olma, oğlum”
– belə deyə bilmir,
Tutulub dili.
Ocağın səsi gəlir,
Səssizlikdə arada.
Musiqi ritmi kimidir,
Insanlara qan – qada.
Anamsa uçdu getdi,
Ulduzlara qarışdı.
Göydən yerə baxaraq,
Taleyiylə barışdı.