Xalça Muzeyi ziyarətçiləri üçün xüsusi aksiya keçirir

2 Baxış

xalcha muzeyi

Azərbaycan Milli Xalça Muzeyi yeni eksponatlarla, qürbətdən vətənə qaytarılan, əcdadlarımızın əl işi olan nəfis xalçalarla tanışlıq məqsədilə yeni aksiyaya start verib.

Muzeydən Senet.az-a bildirilib ki, ziyarətçilər iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər.

Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.

Karantin qaydalarına əsasən ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.

Bölmə : Sənət xəbər