Xalça Muzeyində növbəti mühazirə keçiriləcək

0 Baxış

hg

Azərbaycan Milli Xalça Muzeyi “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin “Parça, geyim, tikmə” kolleksiyasının ən qədim eksponatı olan XII –XIII əsrlərə aid “Xaraba Gilan”dan tapılan parça fraqmentinin tarixinə dair mühazirə keçiriləcək.

Muzeydən Senet.az-a bildirilib ki, sentyabrın 24-də reallaşacaq mühazirə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən Azərbaycan dilində təqdim olunacaq.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. İştirak etmək istəyənlər https://forms.gle/17XTmZkkvui1n1Wv6 linkindən qeydiyyatdan keçə bilərlər.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10