Xalça Muzeyinin direktoru cəzalandırıldı

67 Baxış

royaAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  Xalça Muzeyində araşdırma aparıb.

Nazirlikdən verilən məlumata görə, aparılan araşdırmaların nəticəsi olaraq muzeyin direktoru Röya Tağıyevaya yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə sonuncu dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Həmçinin muzeyin digər bir əməkdaşı, baş mühasib Gülnaz Rüstəmova vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına tutduğu vəzifədən azad edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər