“Xalçaçı günü” peşə bayramı

17 Baxış

14936321951678310043_1000x669

Mayın 4-5-də Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq.

Muzeydən Senet.az-a bildirilib ki, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – “dəyirmi masa”, sərgi və ustad dərsləri keçiriləcək.

Tədbirlərdə ölkənin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak edəcəklər. “Dəyirmi masa”da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.

Həmin tarixlərdə vətənimizin bütün guşələrindən gələn iştirakçıların əl işləri – böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarkası keçiriləcək. Sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdan ibarətdir

Tədbirlər çərçivəsində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10