Xalq Artisti Emin Sabitoğlu haqqında yeni kitab

14 Baxış

15187379265981623533_1000x669

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitab nəşr olunub.

Nazirlikdən Senet.az-a bildirilib ki, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.