Xalq artisti Ramiz Məlikdən Sevda Sultanovaya sərt sözlər: “Ağlını başına yığ!”

95 Baxış

ramiz melikXalq artisti Ramiz Məlik tənqidçi Sevda Sultanovanı sərt ittiham edib.

O, tənqidçini teatrı bilməməkdə günahlandırıb: “Sevda Sultanova, heç bir şey anlamadan, bu beş il müddətində teatrda nə baş verdiyini dərk etmədən, teatrın uçurum qarşısında olduğunu görmədən, aktyorları – 30, 45 il sənətə fəda edənləri təhqir etmək nə sənin yaşına, nə də şəxsiyyətinə aid olan məsələ deyil. Deyəsən, tərbiyəndə çoxlu qüsürlar var. Yoxsa belə bayağı, mərifətdən kənar sözlər yazmazdın. Əgər cəsarətin çatırsa, gəl teatra. Kollektivlə görüş, onların fikirlərini öyrən. Sonra qələmə əl at. Sən bizim bəzilərimizi bayağı aktyor adlandırırsan. Sən ki, bizim oynadığımız tamaşaları görmədən, necə qiymət verə bilərsən? Biz, Mehdi Məmmədov, Tofiq Kazımov məktəbinin aktyorlarıyıq. Sənin bundan heç xəbərin də yoxdur, sənə dil verənin kimliyini çox yaxşı bilirik. Teatr kollektivini təhqir etmək, sənin kimilərə baş ucalığı gətirməz. Ağlını başına yığ!!

Qeyd edək ki, Azərbaycan Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən azad edildikdən sonra teatrın bir qrup aktyoru bufetdə şəkil çəkdirərək bunu qeyd etmişdilər. Sevda Sultanova onların bu addımını ““Azdrama” aktyorlarının bufet təfəkkürü” yazısında sərt tənqid etmişdi.

 

 

aglini

 

 

 

 

 

Bölmə : Sənət xəbər