Xalq artistinə Londondan böyük sürpriz

51 Baxış

fidan

Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görülüb.

Fidan Qasımovanın sənəti bu dəfə Böyük Britaniyada yüksək qiymətləndirilib.Londonda 100 il tarixi olan “Beynəlxalq Lüğət” adlı kitaba xalq artistinin də adı yazılacaq. Altı mindən çox insanın bioqrafiyasının yer aldığı tarixi nəşrdə budan sonra azərbaycanlı sənətçinin də bioqrafiyasına rast gəlmək mümkün olacaq.

Bənzərsiz opera müğənnisi Fidan Qasımovanın adının yer alacağı kitab 38-ci nəşrdir. Onun adının bu sıraya salınmasının təşəbbüskarı isə İnternational Biografial Certificate-nin (Böyük Beynəlxalq Bioqrafiya Mərkəzi) direktoru Nicolas Lou olub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10