Xalq artistinin səs yazısı arxivə verildi

13 Baxış

elibabamemmedov

Azərbaycanın Xalq Artisti, muğam ustası, bəstəkar-xanəndə Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə fonoalbom təqdim edib.

Milli Arxiv İdarəsindən Senet.az-a bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən albom 3 kitab, 4 diskdən və onların yerləşdirilməsi üçün xüsusi zövqlə hazırlanmış qutudan ibarətdir.

Birinci kitab “Ürək deyir yaşa hələ” adlanır. Kitabda ustad xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın “Bəstəkar-xanəndə” adlanan əsas hissəsində muğam ustadının bəstələdiyi mahnı və təsnifləri, özü, bəstələri və digər görkəmli sənətkarlar barədə geniş məlumat verilir.

Ustad sənətkarın ikinci kitabı öz yaradıcılığının bəhrəsi olan “Təsniflər”, üçüncü kitabı isə “Mahnılar” adlanır. Həmin kitabların birinə onun təsniflərinin not yazısı, digərinə isə mahnılarının not yazısı, mətni və sözlərinin müəllifi daxil edilib.

Ümumiyyətlə, bu kitablarda bəstəkar-xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb.

Sənətkarın bu dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul olunub və arxivin “Qızıl fondu”na daxil edilib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10