“Xalq qəhrəmanlıq eposu”

8 Baxış

15084063732282015578_1000x669

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb.

Mərkəzdən Senet.az-a bildirilib ki, yeni nəşr alman və roman, rus və cənubi slavyan, Orta Asiya və Azərbaycan xalqlarının dastan yaradıcılığı – “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Alpamış” və karel-fin dastanı “Kalevala” arasında müqayisəli elmi araşdırmaların yer aldığı dəyərli tədqiqat mənbəyidir.

Kitab ixtisaslaşmış auditoriya, elm və tədris müəssisələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Etimad Başkeçid tərəfindən dilimizə tərcümə edilən kitaba ön sözün müəllifi akademik Muxtar İmanovdur.

KÖŞƏ YAZARLARI
TOP 10